Sel və daşqınlar Çin iqtisdaiyyatına milyardlarla dol ZƏRƏR VURDU

Sel və daşqınlar Çin iqtisdaiyyatına milyardlarla dol ZƏRƏR VURDU

Dünya

9 Avqust 2024, 11:05

Çində leysan yağışlar və daşqınlar bu ilin iyulunda ötən illə müqayisədə təbii fəlakətlərdən iqtisadi itkilərin təxminən iki dəfə artmasına səbəb olub.

 

Suinfo.az xəbər verir ki, Çinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən ay bu ölkədə baş vermiş təbii fəlakətlər nəticəsində iqtisadi itkilər 88 faiz artıb və 76,9 milyard yuan (10,1 milyard ABŞ dolları) təşkil edib. İtkilərə güclü yağışlar, daşqınlar və ya onların fəsadları səbəb olub. Bu, 2021-ci ildən bəri ən böyük zərərdir.

 

Nazirliyin məlumatına görə, təbii fəlakətlər Çində bir ay ərzində təxminən 26,4 milyon insana təsir edib, 328 nəfər ölüb və ya itkin düşüb.

 

Bir ay ərzində 1,1 milyon insan didərgin düşüb, 12 min ev dağılıb, daha 157 min binaya ziyan dəyib. Təxminən 2,42 milyon hektar əkin sahəsi də zərər çəkib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et