Paris Olimpiya Oyunlarının təşkilatçıları Sena çayında suyun keyfiyyətinin qeyri-qənaətbəxş olması səbəbindən kişilər arasında triatlon yarışının təxirə salındığını elan ediblər.
Suinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, “World Triathlon” və “Paris-2024”ün təşkilatçıları iyulun 30-da yerli vaxtla səhər saat 8-də keçirilməli olan yarışın ertəsi gün saat 10:45-də - qadın triatlonundan dərhal sonra təşkil ediləcəyini bəyan ediblər.
Təşkilatçılar qeyd ediblər ki, hər iki yarışdan əvvəl Sena çayında suyun “World Triathlon”un standartlarına uyğun olması yoxlanılacaq.