Güclü yağışlar səbəbindən Mumbayda təhsil müəssisələri bağlanıb

Güclü yağışlar səbəbindən Mumbayda təhsil müəssisələri bağlanıb

Dünya

9 İyul 2024, 14:13

Hindistanın maliyyə paytaxtı Mumbayda məktəblər və digər təhsil müəssisələri bağlanıb.

 

Suinfo.az xəbər verir ki, hava şəraiti qatarların və təyyarələrin qrafikinə təsir edib. Bazar ertəsi saat 13:00-dan başlayaraq yağışın miqdarı artıb və nəticədə şəhərin bəzi ərazilərini sel basıb.

 

Mumbay Universitetində çərşənbə axşamına planlaşdırılan bütün imtahanlar təxirə salınıb. İnsanların təhlükəsizliyini təmin etmək məqsədilə Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin qrupları Mumbay və onun ətrafındakı bir neçə əraziyə yerləşdirilib. Şəhərin alçaq ərazilərində qalan insanlar təhlükəsiz yerlərə köçürülüb.

 

Hindistan Meteorologiya Departamenti hava proqnozunda güclü yağışların yaxın bir neçə gün ərzində davam edəcəyini bildirib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et