Hindistanda musson yağışları nəticəsində 640 mindən çox insan zərər gördü

Hindistanda musson yağışları nəticəsində 640 mindən çox insan zərər gördü

2 İyul 2024, 10:57

Hindistanın Assam ştatının 19 rayonunda 640 mindən çox insan şiddətli musson yağışlarının yaratdığı daşqınlardan zərər çəkib.

 

Suinfo.az xəbər verir ki, bu barədə məlumat regional hökumətin yaydığı bülletendə yer alıb.

 

Bildirilir ki, bölgənin əsas çayı Brahmaputrada və onun qollarında suyun səviyyəsi hazırda təhlükə həddini keçib. Rəsmi məlumatlara görə, 2024-cü ildə daşqınlar və nəticədə torpaq sürüşməsi 45 nəfərin həyatına son qoyub.

 

Ştat hökuməti 72 müvəqqəti sığınacaq düşərgəsi və 64 yardım paylama mərkəzi yaradıb. Xilasetmə işlərinə quru qoşunlarının, sərhəd qoşunlarının və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et