Vyetnamda rekord miqdarda yağıntı QEYDƏ ALINDI

Vyetnamda rekord miqdarda yağıntı QEYDƏ ALINDI

Dünya

11 İyun 2024, 13:47

Vyetnamın şimal-şərq bölgəsinin bir çox ərazilərində may və iyun aylarında rekord miqdarda yağıntı qeydə alınıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Vyetnam Milli Hidrometeorologiya Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.

 

Mərkəzin hava proqnozu şöbəsindən bildirilib ki, Quanq Ninh əyalətinin bəzi ərazilərində yağıntının miqdarı 307-367 millimetr arasında qeydə alınıb.

 

Məlumatda qeyd olunub ki, may ayında Vyetnamda yağıntıların ümumi miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə 20-60 faiz çox olub.

 

İyulun əvvəlində tayfunların güclənəcəyi proqnozlaşdırılır. Mərkəzdən verilən məlumata görə, leysan yağış, tufan, dolu və güclü külək yerli yaşayış vasitələrinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et