Şri-Lankada əlverişsiz hava 250 min insana təsir etdi

Şri-Lankada əlverişsiz hava 250 min insana təsir etdi

Dünya

6 İyun 2024, 11:50

İyunun 1-dən etibarən davam edən əlverişsiz hava şəraiti Şri-Lankada təqribən 250 min insana təsir edib.

 

Suinfo.az “Daily Mirror” saytına istinadla xəbər verir ki, ölkənin Fəlakətlərin İdarə Olunması Mərkəzinin direktoru Pradip Kodippili mediaya açıqlamasında şiddətli yağışın Kolombo, Qampaha, Kalutara, Qalle və Matara rayonlarında davam etdiyini bildirib.

 

Məlumatda əlverişsiz hava şəraitinin yaratdığı torpaq sürüşməsiylə əlaqədar olaraq, Qərb əyalətinin Kolombo, Kalutara rayonlarında, Cənubi əyalətin Matara, Qalle, Hambantota rayonlarında və Sabaraqamuva əyalətinin Keqalle və Ratnapura rayonlarında əhaliyə xəbərdarlıq olunub.

 

Meteorologiya Departamenti ictimaiyyətdən daşqın, sürüşmə, leysan və ildırımın vurduğu ziyanı minimuma endirmək üçün adekvat tədbirlər görməyi xahiş edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et