Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb

Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb

Dünya

3 İyun 2024, 09:30

Almaniyanın Bavariya regionunda xilasetmə işləri zamanı bir yanğınsöndürən həyatını itirib.

 

Suinfo.az xəbər verir ki, yanğınsöndürən xilasedici qismində getdiyi fəlakət zonasında qayığın aşması nəticəsində həlak olub. Aşan qayıqdakı digər xilasedici kənara çıxmağa nail olub.

 

Qeyd edək ki, Bavariya regionunda aramsız leysan bir çox ərazinin su altında qalmasına səbəb olub. Üç mindən çox sakin təxliyə olunub.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et