Avropanın 3 ölkəsi Cənub Hidrogen Dəhlizinin inkişaf etdirilməsini dəstəkləyəcək

Avropanın 3 ölkəsi Cənub Hidrogen Dəhlizinin inkişaf etdirilməsini dəstəkləyəcək

31 May 2024, 17:11

Almaniya, Avstriya və İtaliya Avropa İttifaqını (Aİ) Afrika qitəsinə birləşdirəcək transsərhəd hidrogen boru kəmərinin qurulması üçün birgə bəyannamə imzalayıb.

 

Suinfo.az “Eunews” portalına istinadən xəbər verir ki, layihə artıq Aİ tərəfindən “Ortaq maraqlar layihəsi” (PCİ) statusuna layiq görülüb.

 

Brüsseldə keçirilən imzalanma mərasimində üç ölkənin nazirləri və yüksək vəzifəli şəxsləri, həmçinin Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson iştirak edib.

 

Kadri Simson qeyd edib ki, bu layihə çox ehtiyac duyulan bərpaolunan hidrogenin Aİ-nin sənaye mərkəzlərinə nəqli və dekarbonizasiyasını dəstəkləmək üçün çox önəmlidir.

 

“Bu təşəbbüs bərpaolunan hydrogen enerjisini Aİ-nin sənaye mərkəzlərinə nəql etməklə onların dekarbonizasiya səylərinə töhfə verəcək”, - deyə vurğulayan K.Simson bu layihə vasitəsilə üzv dövlətlər ilə Şimali Afrikadakı tərəfdaşlar arasındakı əlaqənin daha da güclənəcəyini əlavə edib.

 

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratin də videozəng vasitəsilə müzakirələrdə iştirdak edərək Cənub Hidrogen Dəhlizi layihəsini qətiyyətlə dəstəkləydiyini və Afrika qitəsinin təmiz enerji potensialını inkişaf etdirməklə onu Avropaya birləşdirməkdə uğur qazanılacağına əminliyini ifadə edib.

 

Avstriya və Almaniya ilə üçtərəfli tərəfdaşlıq Avropa İttifaqının iqlim məqsədlərinə dəstək verməklə öz ölkələrindəki əsas sənaye qruplarının enerji təhlükəsizliyini artırmağı hədəfləyir.

 

Avstriyanın iqlim və enerji naziri Leonora Gevessler bildirib ki, Cənub Hidrogen Dəhlizi Avropa bazarının başlanğıcı üçün həlledici olacaq.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et