Braziliyada daşqın qurbanlarının sayı 169 nəfərə ÇATDI

Braziliyada daşqın qurbanlarının sayı 169 nəfərə ÇATDI

27 May 2024, 11:57

Braziliyanın cənubundakı Rio-Qrande-do-Sul ştatında aprelin 29-da baş verən daşqınlardan sonra ölənlərin sayı 169 nəfərə çatıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyi məlumat yayıb.

 

Agentliyin hesabatına görə, son 24 saat ərzində daha üç cəsəd tapılıb, 56 nəfər isə hələ də itkin düşmüş sayılır.

 

Təxminən 2,3 milyondan çox sakin təbii fəlakətdən birbaşa təsirlənib. Braziliya rəhbərliyi evsiz qalan əhaliyə yardım olunacağını vəd edib.

 

Ştatın qubernatoru Eduardo Leyte paytaxt Porto Aleqredə və digər 469 bələdiyyədə zədələnmiş infrastrukturun bərpasının azı bir il ərzində mümkün olacağını bildirib.

 

Bu həftə Porto Aleqredə və ştatdakı digər böyük şəhərlərdə yağış və leysan proqnozlaşdırılır. Riskləri minimuma endirmək məqsədilə məktəblər iki gün bağlanacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et