Gürcüstan su ehtiyatlarının idarə edilməsində Asiya İnkişaf Bankı (ADB) ilə fəal əməkdaşlıq edir.
Suinfo.az xəbər verir ki, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Programı regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı tədbirdə deyib.
N.Tandilaşvilinin sözlərinə görə, iqlim dəyişikliyi çağırışları ilə əlaqədar çətin dövrlər su ehtiyatlarının defisitini artırır: "Bununla əlaqədar ADB-nin dəstəyi ilə su ehtiyatlarının idarə olunması sahəsində islahatlara başladıq. Bu, bizim Avropa İttifaqına inteqrasiya gündəmimizin bir hissəsidir”.
(Report)