Əfqanıstanda DAŞQIN - 70 nəfər ölüb

Əfqanıstanda DAŞQIN - 70 nəfər ölüb

18 Aprel 2024, 12:36

Əfqanıstanda son bir neçə gündə daşqınlar nəticəsində ölənlərin sayı artaraq 70 nəfərə çatıb, 50-dən çox insan isə yaralanıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

 

Məlumata görə, leysan və daşqınlar nəticəsində ölkədə 2600-dən çox ev dağıdılıb, 2 mindən çox mal-qara tələf olub, 95 min hektar əkin sahəsi sıradan çıxıb, üç məscidə, dörd məktəbə ziyan dəyib.

 

Əfqanıstanın 34 vilayətinə ötən cümə günündən bəri yağış və qar yağır. Ölkənin meteorologiya idarəsi yağıntıların daha dörd gün davam edəcəyini proqnozlaşdırır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et