İtaliyada SES-də partlayış olub

İtaliyada SES-də partlayış olub

10 Aprel 2024, 15:01

İtaliyanın Emiliya-Romaniya və Toskana regionlarının sərhədində yerləşən Suviyana gölü üzərindəki su elektrik stansiyasında (SES) partlayış baş verib.

 

Suinfo.az xəbər verir ki, “Enel” enerji şirkətinə məxsus SES-dəki partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb, 4 nəfər itkin düşüb. Hazırda hadisə yerində axtarış-xilasetmə qrupları işləyir.

 

Partlayışdan sonra stansiyada yanğın baş verib. Hadisənin başvermə səbəbləri araşdırılır.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et