"Dünyada su mənbələri sürətlə azalır" - Ərdoğandan çağırış

Dünya

11 Dekabr 2023, 15:41

Dünyada su mənbələri sürətlə azalır.

 

“Suinfo.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, bunun müxtəlif səbəbləri var:

 

“Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur”.

 

R.T.Ərdoğanın sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır:

 

“Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb”.

 

Türkiyə lideri bildirib ki, dünyanın nizamı pozulur:

 

“Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et