Afrikanın cənubunda aclıq və susuzluq hökm sürür

Afrikanın cənubunda aclıq və susuzluq hökm sürür

3 Aprel 2024, 15:00

Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva çərşənbə günü bu ölkədəki quraqlığı milli fəlakət elan edib və aclıqla üzləşən milyonları qidalandırmaq üçün 2 milyard dollardan çox yardıma ehtiyacı olduğunu bildirib.

 

Suinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Məlumata görə, fevralın sonlarında Afrikanın cənubundakı Zambiya və Malavi rəhbərləri də analoji bəyanatlar veriblər. Bunun səbəbi El Nino qlobal iqlim hadisəsinin yaratdığı quraqlığın bu regionda humanitar böhrana səbəb olmasıdır.

 

Bu il Zimbabvedə 2,7 milyondan çox insan ac qalacaq. Mnanqaqva Hararedə jurnalistlərə deyib ki, ölkə ərazisinin 80 faizində yağıntı qeydə alınmayıb. O əlavə edib: “İlkin qiymətləndirmələr göstərir ki, Zimbabvedə insanları aclıq fəlakətindən xilas etmək üçün azı 2 milyard dollardan artıq vəsait tələb olunur”.

 

El Nino küləyin nizamının pozulması ilə əlaqəli təbii şəkildə baş verən iqlim hadisəsidir. O, Sakit Okeanın şərqində və mərkəzi hissəsində okean səthinin istiləşməsi ilə müşayiət olunur.

 

Zimbabvenin əksər əyalətləri noyabr ayından bəri ərzaq çatışmazlığı ilə üzləşib, daha isti ərazilərdə qarğıdalı məhsulu məhv olub. Yanvar-mart ayları arasında dörd rayonda 270,000 insanı qidalandıran Ümumdünya Ərzaq Proqramı və digər humanitar təşkilatlar aclıq vəziyyətini “ağır” adlandırıb, donorları daha çox yardım göstərməyə çağırıb.

 

Afrikanın cənubundakı quraqlıq böhran həddinə çatıb, qərbdə Botsvana və Anqola, şərqdə isə Mozambik və Madaqaskar da aclıqla üzləşib.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et