Qazaxıstanda daşqınlar nəticəsində 13 mindən çox insan təxliyə edilib

Qazaxıstanda daşqınlar nəticəsində 13 mindən çox insan təxliyə edilib

2 Aprel 2024, 09:35

Qazaxıstanda əriyən qarın yaratdığı sel səbəbindən 13 min 659 nəfər təxliyə edilib, 49 kəndə nəqliyyat kəsilib.

 

Suinfo.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

 

Məlumata görə, ölkənin qərb, şərq, şimal və mərkəzi hissələrində yollar və körpülər su altında qaldığından 49 kəndə gediş-gəliş kəsilib. 

 

Fövqəladə Hallar Nazirliyi də daşqınlardan zərər çəkmiş ərazilərdən 13 min 659 nəfərin təxliyə edildiyini, onlardan 1655 nəfərin helikopterlər vasitəsilə xilas edildiyini açıqlayıb. 

 

Bundan əlavə, 10 mindən çox iribuynuzlu və qoyun-keçinin təxliyə edildiyi bildirilib. 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et