Terrorizmin səbəblərindən biri su qıtlığıdır - Simao

Terrorizmin səbəblərindən biri su qıtlığıdır - Simao

Dünya

28 Mart 2024, 11:42

Dünyanın bir çox bölgələrində terror həddindən artıq yoxsulluq və su kimi ən əsas resursların olmaması səbəbindən yaranır.

 

Suinfo.az xəbər verir ki, bunu BMT baş katibinin Qərbi Afrika və Sahel üzrə xüsusi nümayəndəsi Leonardo Santos Simao deyib.

 

“Su əsasdır. Su qıt olan yerdə fermerlərlə çobanlar arasında münaqişələr yaranır. Bütün bunlar birlikdə terrora şərait yaradır”, - deyə Simao əlavə edib.

 

Simaonun sözlərinə görə, təkcə son illərdə yoxsulluq bir neçə ölkədə hərbi çevrilişlərə səbəb olub. İnsanlar hakimiyyətin əsas ehtiyaclarını təmin edə bilməməsindən qəzəblənir və özlərini tərk edilmiş hiss edirlər.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et