Su anbarında qurduğumuz günəş enerjisi sistemi təmiz enerjidir. Bu, yerüstü enerji sistemlərindən 10 faiz daha səmərəlidir.
Suinfo.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı söyləyib.
"Türkiyədə içməli su istisna olmaqla, bütün su anbarlarının 10 faizini belə müəyyən səviyyədə istifadə etsək, Türkiyənin illik elektrik enerjisinin dörddə birini qarşılamaq potensialımız var", -deyə nazir bildirib.