Kataloniyanın ikinci ən böyük su anbarı qurumaq üzrədir.
Suinfo.az xəbər verir ki, bu barədə "The Olive Press" nəşri məlumat verib.
Məlumata görə, yaz aylarında anbarın tutumu təxminən 65% olurdu, lakin 2023-cü ilin martına qədər onun səviyyəsi artıq 7%-ə düşüb.
Bildirilir ki, bununla belə, keçən həftə yarımadanı bürümüş fırtınalar və güclü yağışlar mənzərəni bir qədər dəyişdirmiş ola bilər. Son rəqəmlər göstərir ki, cümə axşamı ilə bu gün arasında su anbarının səviyyəsi iki milyon litrdən təxminən dörd yarıma qədər artıb.