Britaniya süni intelektlə su sızmalarının qarşısını alacaq

Britaniya süni intelektlə su sızmalarının qarşısını alacaq

Dünya

11 Mart 2024, 11:32

"Sutton and East Surrey" Water şirkəti yeraltı axını və təzyiqi izləyən, sonra məlumatları bazaya geri göndərən süni intelektlə idarə olunan 1000 sensor quraşdırıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə "BBC" nəşri məlumat yayıb.

 

Məlumata görə, texnologiya həmçinin hansı səviyyələrin olması lazım olduğuna dair proqnoz verir, beləliklə, sızma baş verərsə, bir neçə dəqiqə ərzində həyəcan siqnalı verilir və sistem işə salınır.

 

Şirkət gələn ilin sonuna kimi 5 il ərzində sızıntının 15% azaldılması planlandığını və layihənin su sənayesində ilk belə layihə olduğunu bildirib.

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et