Boliviyada DAŞQIN - Fövqəladə vəziyyət elan edildi

Boliviyada DAŞQIN - Fövqəladə vəziyyət elan edildi

Dünya

11 Mart 2024, 10:55

Boliviyanın faktiki paytaxtı sayılan La-Pasda şiddətli yağış və daşqınlar səbəbindən fövqəladə vəziyyət tətbiq olunub.

 

Suinfo.az xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat verib.

 

Məlumata görə, şəhərdə qırmızı təhlükə səviyyəsi elan edilib. Boliviya prezidenti Luis Arse təbii fəlakətdən zərər görən rayonlara yardım üçün texniki və logistik resursları səfərbər etməyi, fəsadların aradan qaldırılması məqsədilə ağır texnika və 3 minə yaxın hərbçi göndərilməsini tapşırıb.

 

Şəhərin bir neçə məhəlləsi tamamilə su altında qalıb. Rəsmi məlumatlara görə, həftə sonu yağan şiddətli yağışlar və daşqınlar nəticəsində La-Pasda bir nəfər ölüb.

 

Qeyd edək ki, yanvar ayından bəri daşqınlar Boliviyada təxminən 50 nəfərin həyatına son qoyub.

(Azərtac)
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et