Fransada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb

Fransada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb

Dünya

11 Mart 2024, 09:12

Fransa xilasediciləri və polisi ölkənin cənub-qərbində itkin düşən 7 nəfəri axtarır.

Suinfo.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin BFMTV kanalında bildirib.

“Ötən axşam pis hava şəraiti səbəbindən yeddi nəfər itkin düşüb - altı nəfər Qar, biri isə Ardeş departamentində”, - Darmanin bildirib.

Onun sözlərinə görə, itkin düşənlərin getdiyi avtomobillər tapılsa da, içəridə adam olmayıb: “İtkin düşənlərin axtarışında dörd helikopter, eləcə də pilotsuz uçuş aparatları iştirak edir”.

Bundan əvvəl fransalı meteoroloqlar ölkənin 10 departamentində mümkün daşqınlar, güclü külək və leysan yağışları səbəbindən iqlim təhlükəsi səviyyəsinin yüksəldiyini bəyan ediblər.

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et