İndoneziyada daşqın - Ölənlər var

İndoneziyada daşqın - Ölənlər var

Dünya

9 Mart 2024, 13:46

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqınlar və torpaq sürüşmələri nəticəsində üç nəfər ölüb, on nəfər itkin düşüb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

 

Məlumata görə, cümə axşamı yağan güclü leysan əyalətin on rayon və şəhərində daşqınlara, torpaq sürüşmələrinə və körpülərin dağılmasına səbəb olub. Daşqınlar yolları su altında qoyub, nəqliyyatı iflic edib, on minlərlə evə ziyan vurub.

 

Yerli hakimiyyət orqanları bildirib ki, təbii fəlakətdən zərər çəkən bölgələrə ərzaq, dərman və digər zəruri yardımlar göndərilib.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et