İndoneziya sahilində zəlzələ olub

İndoneziya sahilində zəlzələ olub

Dünya

7 Mart 2024, 09:20

İndoneziyanın cənub-şərq sahilini yuyan Arafur dənizində 5,1 maqnitudalı zəlzələ olub.

Suinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri əhalisi 93 min olan İndoneziyanın Tual şəhərindən 174 km şimal-şərqdə olub. Yerli vaxtla 08:56-da qeydə alınmış təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib.

Dağınt və tələfat barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Akif

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et