Yeni Zelandiya buzlaqları yox olmaq ərəfəsindədir

Yeni Zelandiya buzlaqları yox olmaq ərəfəsindədir

Dünya

6 Mart 2024, 15:26

Yeni Zelandiyadakı buzlaqlar qlobal istiləşmə səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib.

 

Suinfo.az xəbər verir ki, bu barədə "The National Tribune" saytı məlumat yayıb.

 

Məlumata görə, alimlər Yeni Zelandiyada 1970-ci illərdən bəri mövcud olan buz xətlərinin fotoşəkillərini sənədləşdirərək onların əsasında buzlaqların həcminin necə dəyişdiyini göstərən 3D modeli hazırlayıblar.

 

Yeni Zelandiyanın Su və Atmosfer Tədqiqatları İnstitutu bildirib ki, 1970-ci illərin sonundan bəri ölkədəki buzlaqlar azı 13 trilyon litr su itirib.

 

Otaqo Universitetinin mütəxəssisləri hər il qar və buzun qalınlığını müəyyənləşdirmək, artım və azalmanın həcmini ölçmək üçün buzlaqlara xüsusi ötürücülər quraşdırırlar. Nəticədə dağlarda böyük buzlaqların qalınlığının azaldığı, kiçik buzlaqların isə sürətlə yox olduğu müəyyən edilib.

(Azərtac)
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et