Qəzzada evlərin 80 faizində təmiz su yoxdur

Qəzzada evlərin 80 faizində təmiz su yoxdur

Dünya

6 Mart 2024, 12:17

Qəzzada evlərin 80 faizində təmiz su yoxdur.

 

Suinfo.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında söyləyib.

 

Düjarrik, davam edən hücumların və gərgin qarşıdurmaların Qəzzada humanitar yardım əməliyyatlarına təsir etdiyini, BMT və tərəfdaşlarının təhlükəsizliklə bağlı təminata ehtiyacı olduğunu bildirib.

 

Su və kanalizasiya ilə bağlı ciddi problemlərin olduğuna diqqət çəkən Dujarric, sığınacaqlarda sıxlıq səbəbiylə təxminən 340 nəfərin tək tualetdən istifadə etməli olduğunu, 1300 nəfər üçün isə yalnız bir duş olduğunu söylədi.

 

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et