Elm adamları AÇIQLADI - Nyu York su altında qalacaq

Elm adamları AÇIQLADI - Nyu York su altında qalacaq

Dünya

4 Mart 2024, 16:23

ABŞ-ın Atlantik okeanı sahillərində yerləşən şəhərləri və digər məskunlaşmış əraziləri tədricən sular altında qalır.

 

Suinfo.az xəbər verir ki, bu barədə "Pravda" nəşri məlumat yayıb.

 

Məlumata görə, vəziyyət xüsusilə Nyu York, Lonq Aylend, Baltimor, Virciniya Biç və Norfolk kimi şəhərlərdə narahatlıq doğurur. Burada qeyri-bərabər torpaq çökməsi yollar, boru kəmərləri, dəmir yolları və hətta hava limanının uçuş-enmə zolaqları kimi infrastrukturlar üçün ciddi təhlükə yaradır.

 

Bildirilir ki, quru batması ilə yanaşı, buzlaqların istiləşməsi və əriməsi səbəbindən dəniz səviyyəsi də ildə təxminən 4 millimetr yüksəlir, daşqın və digər təbii fəlakətlər riskini artırır.


Rahib Ələsgərov
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et