Peruda daşqın - ÖLƏNLƏR VAR

Peruda daşqın - ÖLƏNLƏR VAR

Dünya

4 Mart 2024, 10:34

Perunun cənubundakı Apurimak bölgəsində güclü yağışlar səbəbindən Çumbao çayının daşması nəticəsində altı nəfər həlak olub.

Suinfo.az xəbər verir ki, bu barədə “BNN Breaking” saytı məlumat verib.

Məlumata görə, həlak olanlar məcrasından çıxan çayın apardığı avtomobilin sürücüsü və sərnişinləridir.

Perunun Fövqəladə Əməliyyatlar Mərkəzi bildirib ki, Çumbao çayının daşması Perunun cənubundakı Talavera rayonunda evlərə ciddi ziyan vurub, mal-qara tələfatına səbəb olub.

Yerli hakimiyyət orqanları əraziyə yaxın olan Kaspiçaka rayonundan insanları təxliyə edib.

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et