Denpr çayının səviyyəsi sürətlə yüksəlir

Denpr çayının səviyyəsi sürətlə yüksəlir

Dünya

1 Mart 2024, 17:32

Martın 1-də Kiyevdə aktiv yaz daşqınları başlayıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə "News Telegraf" mətbuatı məlumat yayıb.

 

Məlumata görə, paytaxt daxilində suyun səviyyəsində sürətlə, sutkada təxminən 6 santimetr artım müşahidə olunur.

 

Kiyev Şəhər Hərbi Administrasiyasının rəsmi Telegram səhifəsində isə heç bir fövqəladə daşqının qeydə alınmadığı bildirilib.

 

Nəşr əlavə edib ki, paytaxta aktiv su axını müşahidə olunur. Təkcə son 8 gündə Kiyev daxilində Dnepr çayının səviyyəsi təxminən 65 santimetr qalxıb.

Rahib Ələsgərov
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et