Dəniz səviyyəsinin yüksəlməsi içməli suda arsen təhlükəsini artırır

Dəniz səviyyəsinin yüksəlməsi içməli suda arsen təhlükəsini artırır

Dünya

1 Mart 2024, 13:00

İqlim dəyişikliyi səbəbindən yüksələn dənizlər içməli suda arsen təhlükəsini artırır.

 

Suinfo.az xəbər verir ki, bu barədə "Plos ONE" nəşrində araşdırma dərc olunub.

 

Bildirilir ki, tədqiqatçılar əhalinin 97 faizinin içmək üçün belə sudan istifadə etdiyi Banqladeşdə quyu suyundakı arsenə diqqət yetiriblər. 

 

Onlar müəyyən ediblər ki, dəniz səviyyəsinin qalxması duzlu suyun müdaxiləsi kimi tanınan bir fenomenə görə hətta cüzi səviyyələrdə arseni də artıra bilər. 

 

Araşdırmada qeyd edilib ki, Banqladeşdə "on milyonlarla insan" Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş təhlükəsizlik həddinin üstündə arsen konsentrasiyası olan quyu suyu içir. 

Rahib Ələsgərov
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et