Su azaldı: Qala ortaya çıxdı

Su azaldı: Qala ortaya çıxdı

28 Fevral 2024, 13:10

Türkiyənin Artvin şəhərində Çoruh çayı üzərində yerləşən, dünyanın beşinci ən böyük bəndi olan "Yusufeli" Su Elektrik Stansiyasında suların çəkilməsi ilə orta əsrlərdə inşa edildiyi təxmin edilən "Tekkale Köyü" qalası ortaya çıxıb.


Suinfo.az xəbər verir ki, bu barədə "NTV" nəşri məlumat yayıb.


Məlumata görə, sel profilaktikası çərçivəsində bənd suyunun bir hissəsinin boşaldılmasıyla suyun səviyyəsi təxminən 30 metr azalıb və əvvəllər su altında qalan 7 kənddən biri olan Tekkale kəndindəki ev, məktəb və orta əsrlərdə sıldırım qaya üzərində inşa edildiyi təxmin edilən "Tekkale Köyü" görünüb.

Rahib Ələsgərov
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et