Süni intellekt su ehtiyatlarını təhdid edir

Süni intellekt su ehtiyatlarını təhdid edir

Dünya

26 Fevral 2024, 10:51

Süni intellektə tələbatın 2027-ci ilədək 4,2 milyarddan 6,6 milyard kubmetrə qədər yeraltı və yerüstü su ehtiyatlarını istehlak edəcəyini proqnozlaşdırılır.


Suinfo.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat verib.


Nəşr bildirir ki, dünyanın ən böyük texnologiya şirkətləri məlumat mərkəzlərini soyutmaq üçün sudan istifadəni əhəmiyyətli dərəcədə artıraraq, süni intellekt bumunun ətraf mühitə təsiri ilə bağlı narahatlıqları artırıblar. 


Ən son paylaşılan məlumatlara görə, informasiya mərkəzlərindən istifadənin artması nəticəsində 2022-ci ildə "Microsoft"un su istehlakı 34 faiz, "Google"un 22 faiz, "Meta"nın isə 3 faiz artıb.


Ayova ştatının West Des Moines şəhərində sakinlərin açdığı iddiaya görə, "Chatgpt"in son versiyası olan "GPT-4" məlumat mərkəzi bölgədəki suyun 6 faizini istehlak edib.


Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et