Çanaqqala Onsekiz Mart Universitetində (ÇOMÜ) süni intellekt texnologiyası ilə dəstəklənən layihə işlərini davam etdirən mütəxəssislər, çəltik tarlalarında israfın qarşısını alan və suya yüzdə 70-ə qədər qənaət edən damcı suvarma avtomatlaşdırma sistemi hazırlayıb.
Suinfo.az xəbər verir ki, bu barədə "Habertürk" nəşri məlumat verib.
Prof. Dr. Kızıl süni intellektin əhəmiyyətinin artdığı bu dövrdə kənd təsərrüfatı sahəsində layihələr inkişaf etdirərək, ucuz sistemlərlə türk fermerlərinə ağıllı və praktik həllər təqdim etməyə çalışdıqlarını söyləyib.
Mövcud şirin su ehtiyatlarının yüzdə 75-nin əkinçilikdə istifadə edildiyini ifadə edən Kızıl, kənd təsərrüfatında suyun böyük hissəsinin çəltik istehsalında istehlak edildiyini ifadə edib.
Rahib Ələsgərov