11-Cİ Dünya Su Forumu Səudiyyə Ərəbistanında keçiriləcək

11-Cİ Dünya Su Forumu Səudiyyə Ərəbistanında keçiriləcək

Dünya

22 Fevral 2024, 14:25

11-ci Dünya Su Forumu Səudiyyə 2027-ci ildə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.


Suinfo.az xəbər verir ki, bu barədə "World Water Councıl" rəsmi saytında məlumat verilib.


"Mən Ümumdünya Su Şurası adından Səudiyyə Ərəbistanını və Ər-Riyadı 11-ci Ümumdünya Su Forumuna ev sahibliyi etməsi münasibətilə təbrik etmək istəyirəm. Ümumdünya Su Şurası suyu qlobal və siyasi prioritet etməkdə davam etmək üçün 2027-ci ildə dünyanı Ər-Riyadda bir araya gətirmək üçün növbəti üç il ərzində Səudiyyə Ərəbistanı ilə yaxından işləməyi səbirsizliklə gözləyir”,- deyə Ümumdünya Su Şurasının prezidenti cənab Loik Fauchon söyləyib.


Qeyd edək ki, Ümumdünya Su Forumu Dünya Su Şurası və ev sahibi şəhərin birgə təşkilatçılığı ilə müxtəlif maraqlı tərəflərin iştirak etdiyi su sektorunda ən böyük beynəlxalq toplantıdır. Forum üç ildən bir keçirilir və 1997-ci ildən fəaliyyət göstərir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et