Panama kanalı dünya ticarətini təhlükə altına alan su böhranından əziyyət çəkir.
Suinfo.az xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.
Məlumata görə, Panama kanalını qidalandıran Qatun gölünün səviyyəsi 2022-ci ilin sonunda dəniz səviyyəsindən 88,8 fut yüksəklikdəydi, ancaq su səviyyəsi hazırda cəmi 81,5-ə enib.
Qeyd olunur ki, bu, Kanalın gündə 38 gəminin adi tutumu üçün kifayət deyil.
Rahib Ələsgərov