İçməli sudan kütləvi zəhərlənmə - 80 nəfər xəstəxanalıq oldu

İçməli sudan kütləvi zəhərlənmə - 80 nəfər xəstəxanalıq oldu

Dünya

14 May 2025, 15:34

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.

Suinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayılıb.

Məlumata görə, Bolu mərkəzinə yaxın olan Örencik, Okçular, İlıcakını və Çamyayla kəndlərindən ümumilikdə 80 nəfər xəstəxanaya daxil olub. Xəstələr ishal, ürəkbulanması və kəskin qarın ağrılarından şikayətlənirlər. Kütləvi zəhərlənmənin həmin kəndlərin su təchizatını həyata keçirən su kanalından qaynaqlandığı ehtimal edilir. Bolu vilayətinin Səhiyyə İdarəsinin əməkdaşları artıq sözügedən su kanalından su nümunələri götürərək, müayinəsi üçün laboratoriyaya göndərib.

Məsələ həllini tapana qədər sakinlərə müvəqqəti olaraq həmin su hövzəsindən istifadə etməmək tapşırılıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et