Türkiyədə su anbarlarının doluluq səviyyəsi necədir?

Türkiyədə su anbarlarının doluluq səviyyəsi necədir?

Dünya

20 Fevral 2024, 12:40

İstanbul bəndlərində yağan son yağışlarla bəndlərin doluluq nisbətində artım müşahidə olunub. Meqapolisdə yağan yağışlar bəndlərdəki suyun miqdarını artırsa da, suyun səviyyəsi sonuncu dəfə 76,16 faizlə ölçülüb.


Suinfo.az xəbər verir ki, bu barədə "Halktv" nəşri məlumat yayıb.


Məlumata görə, ən aşağı su səviyyəsinə malik olan Sazlıdere Barajında ​​su miqdarı yüzdə 54,99 olaraq, ən yüksək su miqdarı yüzdə 90,07 ilə Darlık Barajında ​​ölçülüb. Meqapolisdəki bəndlərdə ümumi doluluq nisbəti 20 Fevral 2024 Çərşənbə axşamı günü 76,16 faiz olaraq qeydə alınıb.


Bildirilir ki, 20 Fevral Çərşənbə axşamı günü İstanbula su verən 10 bəndin ümumi doluluq nisbəti yüzdə 76,16 olaraq qeyd olunub. Fevralın 20-də ötən günlə müqayisədə artdığı qeyd edilən bəndlərin doluluq nisbəti belə göstərilib:


Ömerli Anbarı: 88,68%

Darlık Anbarı: 90,07%

Elmalı Anbarı: 89,12%

Terkos Barajı: 70,86%

Əlibəy bəndi: 75,91%

Büyükçekmece Barajı: 72,71%

Sazlıdərə Anbarı: 54,99%

İstrancalar bəndi: 79,41%

Kazandere bəndi: 60,92%

Pabuçdere Anbarı: 55,23%

Akif
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et