Yaponiyanın Torişima adasının sahillərində zəlzələ baş verib.
Suinfo.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib.
Saat 08.14-də baş verən zəlzələnin maqnitudası 5.9 bal olaraq qiymətləndirilib.
Bildirilib ki, zəlzələdən sonra Haçico adasının sahillərində hündürlüyü 50 santimetrə çatan sunami müşahidə edilib.
Saat 11:00-da sunami xəbərdarlığını ləğv edən Yaponiya Meteorologiya Agentliyi, buna baxmayaraq, Sakit Okean sahillərindəki ərazilərdə dalğaların səviyyəsində dəyişikliklərin baş verə biləcəyi barədə xəbərdarlıq edib.