Türkiyə bəndlərindəki suyun miqdarı 12 faiz artıb

Türkiyə bəndlərindəki suyun miqdarı 12 faiz artıb

Dünya

19 Fevral 2024, 11:17

Türkiyədə bəndlərdə aktiv istifadəyə yararlı suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 43,6-ya çatıb.


Suinfo.az xəbər verir ki, bununla bağlı Türkiyə Dövlət Su İşləri (DSİ) baş direktoru Mehmet Akif Balta məlumat verib.


Son günlər yağan yağışlar səbəbindən böyük şəhərlərdə içməli su ehtiyatları ilə bağlı bəzi problemlərin ictimaiyyətə açıqlandığını xatırladan Balta, son yağışlarla su ehtiyatlarının azaldığını bildirib.


"Bu il ötən illə müqayisədə daha çox qar və yağış yağacağını proqnozlaşdırırıq. Bu məlumatlar reallaşarsa, bəndlərimizin dolacağını proqnozlaşdırırıq. Ötən il dekabrın ortalarına olan məlumata görə, bəndlərimizin aktiv istifadəyə yararlı su səviyyəsi 31,6 faiz, bu gün isə 43,6 faizə çatıb.Bu o deməkdir ki, ötən illə müqayisədə daha yaxşı vəziyyətdəyik. Ötən ilin bu dövrünə bəndlərimizdə 29,6 milyard kubmetr istifadəyə yararlı aktiv su olduğu halda, bu gün bu, 40,9 milyard kubmetrə çatıb. Bu il bəndlərdə keçən illə müqayisədə daha çox su var",-deyə Balta əlavə edib.
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et