Yəmənin Mahvit əyalətində daşqınlar nəticəsində 16 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.
Suinfo.az xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.
Mülki müdafiə qüvvələri bir gün əvvəl selin baş verdiyi Malxan ərazisində 16 nəfərin meyitini aşkar edib, hazırda 22 nəfər itkin düşmüş hesab olunur.
Güclü yağışın səbəb olduğu daşqınlar husilərin nəzarətində olan Mahvit və qonşu Hodeyda əyalətlərində dağıntılara səbəb olub.