Dünyanın 25 ölkəsi bütün il boyu həddindən artıq yüksək su stresi ilə mübarizə aparır və bu ölkələrin əhalisi dünya əhalisinin dörddə birini təşkil edir. Dünya əhalisinin yarısı olan 4 milyard insan ilin ən azı bir ayında yüksək səviyyədə su stresi yaşayır.
Suinfo.az xəbər verir ki, bu barədə Dünya Resursları İnstitutu məlumat yayıb.
Məlumata görə, su stressinin ən güclü olduğu 5 ölkə Bəhreyn, Kipr, Livan, Oman və Qətərdir. Ən çox su stresi yaşayan bölgələr Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyadır. Yaxın Şərq və Şimali Afrikada əhalinin 83 faizi, Cənubi Asiyada isə 74 faizi su stresinə məruz qalır.
İnstitutun yaydığı mləumatda bildirirlir ki, 2050-ci ilə qədər ölkələrdə suya tələbatın 20-25 faiz artacağı gözlənilir.