Nigerdə daşqınlar fövqəladə vəziyyət YARATDI - 150 nəfər ÖLDÜ

Nigerdə daşqınlar fövqəladə vəziyyət YARATDI - 150 nəfər ÖLDÜ

Dünya

26 Avqust 2024, 09:31

Nigerdə daşqınlar səbəbindən humanitar fövqəladə vəziyyət mövcuddur.

 

Suinfo.az xəbər verir ki, son məlumatlara görə, Niger çayının daşması nəticəsində Niamey şəhərinin bir çox məhəllələri su altında qalıb, 150 nəfər ölüb, minlərlə insan yaralanıb, on minlərlə insan evlərini itirib.

 

Niger hökuməti zərərçəkənlərə təcili yardım göstərmək üçün 12 milyard Afrika frankı (təxminən 18 milyon dollar) büdcə vəsaitinin ayrılması barədə göstəriş verib. Buna nail olmaq üçün cari maliyyə ili üçün dövlət xərclərinin bütün strukturuna yenidən baxılacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et