Bolqarıstanın Yambol bölgəsinin onlarla kəndində su kəsilməsi davam edərkən, bəzi kəndlərdə aylardır su böhranı yaşanır.
Suinfo.az xəbər verir ki, bu barədə Bolqarıstan radiosu məlumat yayıb.
Məlumata görə, Yambol rayonunun onlarla kəndində su kəsilməsi davam edərkən, bəzi kəndlərdə aylardır su böhranı yaşanır. Stralca bölgəsində isə vəziyyət kritikdir. İyulun ortalarından avqustun 24-dək su çatışmazlığı səbəbindən rayonun 22 yaşayış məntəqəsindən 20-də fövqəladə vəziyyət elan edilib. Yerli administrasiya fövqəladə vəziyyətin ən azı bir ay uzadılmasını tələb edib.
Bildirilir ki, illər əvvəl aparılan qazma işləri ilə yanaşı, yeni su ehtiyatlarının axtarışı davam edir, lakin prosedurlar çox ləng gedir.