Yaponiyanın zədələnmiş Fukusima elektrik stansiyasında radioaktiv su sızması qeydə alınıb.
Suinfo.az xəbər verir ki, bu barədə Fukusima Atom Elektrik Stansiyasının operatoru olan "Tokyo Electric Power Company" məlumat yayıb.
Məlumata görə, təxminən 25 ton radioaktiv su sızıb.
Qeyd olunub ki, bölgədə onsuz da mövcud olan çirkli suyun səviyyəsinin qalxmasına səbəb olan yeni sızmanın binadan çölə çıxmayıb və ətraf mühitə ziyan dəyməyib.