Pakistanın müxtəlif bölgələrində yağan leysan yağışları və onların səbəb olduğu daşqınlar nəticəsində 195 nəfər ölüb.
Suinfo.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.
Daha 362 nəfərin xəsarət aldığı deyilir. Son 24 saat ərzində yeddi sakin həlak olub.
Daşqınlardan ən çox Pəncab əyaləti zərər çəkib.
Avqustun 19-da Pakistanın müxtəlif bölgələrində güclü yağış gözlənilir ki, bu da İslamabad, Ravalpindi, Qucranvala, Lahor, Şeyxupura, Kasur, Sialkot, Sarqodha, Faisalabad və Pişəvarda daşqınlara səbəb ola bilər.