Qərbi Afrikada daşqınlarda 70 nəfər ölüb - BMT

Qərbi Afrikada daşqınlarda 70 nəfər ölüb - BMT

Dünya

15 Avqust 2024, 10:02

Uzun sürən yağışlar nəticəsində Qərbi və Mərkəzi Afrikanı bürümüş daşqınlar nəticəsində 70-dən çox insan həlak olub, 699 nəfər müxtəlif dərəcəli xəsarət alıb və 700 mindən çox insan zərər çəkib.

 

Suinfo.az xəbər verir ki, bu barədə “Tchadinfos” portalı BMT-yə istinadən məlumat yayıb.

 

Məlumata görə, 62 min yaşayış binası dağıdılıb. Söhbət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo, Çad kimi ölkələrdən gedir.

 

Çadda daşqınlar 240 mindən çox sakinə ziyan vurub. Böyük fəlakət onların evlərini məhv etməklə yanaşı, ərzaq məhsullarını da məhv edib.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et