Hindistanın şimalında leysan yağışları nəticəsində 30-dan çox insan ölüb.
Suinfo.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, həftəsonu güclü yağışın müşahidə olunduğu dörd şimal ştatında - Racastan, Himaçal-Pradeş, Uttar-Pradeş və Pəncabda ölənlərdən əlavə azı 8 nəfər itkin düşüb.
Güclü yağışlar Hindistanın müxtəlif bölgələrində torpaq sürüşmələrinə və binaların, yolların, körpülərin dağılmasına səbəb olub.