Çin daşqından zərər çəkmiş bölgələrə yardım üçün 65 milyon dollar AYIRDI

Çin daşqından zərər çəkmiş bölgələrə yardım üçün 65 milyon dollar AYIRDI

7 Avqust 2024, 11:00

Çin hökuməti daşqından zərər çəkmiş bölgələrə dəstək vermək üçün mərkəzi büdcədən 465 milyon yuan (indiki məzənnə ilə təxminən 65 ABŞ milyon dollarI) ayırıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, vəsait Lyaonin, Szilin və Heylunszyan (ölkənin şimal-şərqi), həmçinin Şensi (şimal-qərb), Hunan (Mərkəzi Çin), Sıçuan əyalətlərində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.

 

Vəsait hesabına zərər çəkmiş ərazilərin abadlaşdırılmasını təmin etmək, normal istehsal fəaliyyətini və həyat tərzini bərpa etmək nəzərdə tutulur.

 

Məlumata görə, ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarəti səlahiyyətli orqanlar həyata keçirəcək. Onların saxlanması, mənimsənilməsi və xərclənilməsi ilə bağlı bütün qeyri-qanuni hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et