Çində sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb

Çində sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb

Dünya

4 Avqust 2024, 15:05

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər isə itkin düşüb.

 

Suinfo.az xəbər verir ki, bu barədə “Xinxua” agentliyi xəbər verib.

 

Qeyd edilir ki, Sıçuan əyalətində tüğyan edən sel nəticəsində bölgədə bir körpü uçub, bəzi binalara ziyan dəyib.

 

Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü, 23 nəfərin itkin düşdüyünü təsdiqləyib.

 

Genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bölgədən 939 nəfər təxliyə olunub.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et