Bakıda 32 ünvanda içməli və tullantı su xətləri YENİLƏNƏCƏK

Bakıda 32 ünvanda içməli və tullantı su xətləri YENİLƏNƏCƏK

Tədbirlər

3 İyul 2024, 15:50

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi şəhərdaxili yol infrastrukturunun yenidən qurulması tədbirləri çərçivəsində Bakı şəhərində 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətlərinin yenilənməsi layihələri həyata keçirir.

 

Dövlət Su Ehtiyatları Agentliyindən Suinfo.az-a verilən məlumata görə, ötən müddətdə paytaxtın 18 küçə və prospektində su və kanalizasiya sistemlərinin dəyişdirilməsinə başlanılıb. İndiyədək bu sahədə işlərin böyük hissəsi icra edilib və bəzi ünvanlarda layihələrin icrasına hazırlıq görülür.

 

Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospektində uzun illər istismar olunan içməli su və kanalizasiya xətlərinin dəyişdirilməsi intensiv qaydada davam etdirilir. Hazırda dəyişdirilən su kəmərləri uzun müddət istismar olunduğuna görə potensial qəza riskləri yaranırdı. 8 Noyabr prospektinin Nizami parkından Corat küçəsinə qədər olan hissəsində 2,8 km su xəttinin inşası yekunlaşmaq üzrədir.

 

Eyni zamanda Əbilov küçəsi ilə kəsişmədən başlayaraq 8 Noyabr prospektinin sonuna qədər 600 metr magistral su xəttinin tikintisi yekunlaşıb və şəbəkəyə qoşulma işləri aparılır. Yeni su xətlərinin çəkilməsi ətraf ərazilərin içməli su təchizatını yaxşılaşdıracaq. 8 Noyabr prospektindən keçən kanalizasiya kollektorunun uzun müddətdir istismar olunan hissəsi dəyişdirilib. Bu məqsədlə Zığ nasos stansiyasından Nargilə dairəsinə qədər 1200 mm diametrli borularla 700 metr uzunluğunda yeni kollektor inşa edilib. Tədbirlər Planında nəzərdə tutulan işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et