Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin Kəhrizlər İdarəsi tərəfindən Kəngərli rayonunun Təzəkənd kəndində yerləşən "Kalba Rüstəm" kəhrizi təmir olunub.
Suinfo.az xəbər verir ki, kəhrizin təmirdən əvvəl su sərfi olmadığı halda, təmirdən sonra 4 litr/san təşkil edir. Təmir zamanı kəhriz kürələri uçqunlardan və lil töküntülərdən təmizlənib, quyularda olan uçqunlar bərpa olunub, 5 metr yeni saybənd divar hörülərək suya sərbəst axın verilib.